Zəmanə Dilqənd qızı Dərvişova – 1993-cu il iyul ayının 8-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1999-2010-cu illər Daş Salahlı kənd məktəbində təhsil alıb.
2012-ci ilin yanvar ayından Qazax Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Çox qısa müddətdə işgüzarlığı və istedadı ilə kollektivin sevimlisinə çevrilib.
Teatrda hazırlanan bir sıra tamaşalarda əsasən baş rolları ifa edib.
İfa etdiyi rollar:
Süleyman Sani Axundov – “Tamahkar” (Gülzar) 2012
Bəxtiyar Vahabzadə – “Yağışdan sonra” (Reyhan) 2012
Mirzə Fətəli Axundzadə – “Xırs quldurbasan” (Pərzad) 2012
Georgi Xuqayev – “Elbrus evlənir” (Zərifə) 2013
Əbdürrəhim bəy Haqverdiyev – “Kimdir müqəssir” (Həvva) 2013
Mar Baycıyev – “Ər və arvad” (Gülay) 2013
Əli Əmirli – “Kişi və qadın” (Ema) 2014
İ.Əfəndiyev – “Sən həmişə mənimləsən” (Nargilə) 2014
Aleksandr Çxaidze – “Sərbəst mövzu” (Ketino) 2015
Əhməd Orucoğlu – “Sevmək qadağandır” (Samirə ) 2015
İskəndər Coşqun – “Ana laylası” (Bahar) 2015
Göyçək Fatmanın nağılı (Fatma) 2016
Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Sara) 2016
Vaqif Səməoğlu – “İntihar” (Məsmə) 2018
Əli Əmirli – “Xoşbəxt gün” (Qız) 2018
Əhməd Orucoğlu – “Pul dəlisi” (Sərçə) 2019
Sevinc Elsəvər – “Həyat elə bir oyun ki” (Gülnaz) 2020
Mar Baycıyev – “Duel” (Nazlı) 2021
Con Qolsuorsi – “Birincilər və sonuncular” (Vanda) 2021
Altay Məmmədov – “Yadındamı” (Gülsüm) 2022
Əhməd Orucoğlu – “Qulluqçu axtarıram” (Gözəl) 2022
Dəniz quldurlarının yeni il məcaraları (Aparıcı qız) 2023
İskəndər Coşqun – “Ana laylası” (Çiçək) 2023
Tuncər Cücənoğlu – “Dosye” (Səidə) 2023
Ağalar İdrisoğlu – “İnan mənə” (Aysel) 2023
İskəndər Coşqun – “Çal oyna” (Balaca dovşan) 2024