Qazax Dövlət Dram Teatrı mövsümü “Arqon”la başa vurub

Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını bu dəfə teatrın aktyoru Vüsal Hüseynov canlandırıb. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Tamaşanı izləyənlər arasında Qazax və ətraf rayonlardan olan ziyalılar və teatrsevərlər olub. Qeyd edək ki,…

Davamını oxu

“Sonrakı peşmanlıq” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrının hazırladığı “Sonrakı peşmanlıq” tamaşası nümayiş etdirilib. AZƏRTAC-ın xəbərinə görə, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynov, rejissor assistenti Ceyhun Vəlizadə, quruluşçu rəssamı Samir Həsənovdur. Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev, Həbibə Musayeva canlandırıblar. “Sonrakı peşmanlıq” tamaşasında insan münasibətləri, verilən yanlış qərarların…

Davamını oxu

“Hürmüz və Əhrimən” tamaşası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan tamaşa nümayiş etdirilib. MSNews.az xəbər verir ki, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə Qazax Dövlət Dram Teatrında şairin “Hürmüz və Əhrimən” poemasının əsasında hazırlanmış eyniadlı səhnə əsəri təqdim edilib. Ceyhun Vəlizadənin quruluş verdiyi tamaşada xeyir və şərin əbədi mübarizəsi əsas…

Davamını oxu

“Addım-addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib. Öncə Azərbaycan Respublikasının…

Davamını oxu

8 Mart münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib. Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına…

Davamını oxu

“Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin də dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə tədbir iştirakçıları tərəfindən Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb…

Davamını oxu

“Şəhid atası” Ümumxalq Hüzn Günü münasibətilə nümayiş etdirilib – FOTOLAR

Yanvarın 19-u saat 14:00-da 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Qazax Rayon Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon Komitəsinin əməkdaşları Qazax şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Əbədi məşəl kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb. Ziyarətdən sonra saat 15:00-da hər üç qurumun…

Davamını oxu

“Sehirli qış nağılı” Ağstafada nümayiş etdirilib – FOTOLAR

Dekabrın 29-u saat 12:00-da Qazax Dövlət Dram Teatrı Ağstafa Rayon Mədəniyyət Mərkəzində “Sehirli qış nağılı” adlı yeni nağıl-tamaşası ilə uşaqların bayram sevincinə şərik olub. Səbuhi Əsədsoyun eyniadlı pyesinin əsasında hazırlanmış tamaşada cadugərin qurduğu tələlərə baxmayaraq Qarqız, Qar adamı, Cırtdan, Qırmızı papaq və Tıq-tıq xanım Şaxta babanı tapmağa və Yeni ili xilas etməyə çalışır. Balaca dostlarımızı…

Davamını oxu

“Simurq quşu” tamaşası nümayiş etdirilib – FOTO

Bu gün saat 12:00-da Qazax Dövlət Dram Teatrında Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyinə həsr olunmuş və onun “Simurq quşu” hekayəsinin əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi baş tutub. Teatrımızın əməkdaşı Hikmət Orhun tərəfindən Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubovdur. Quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramov,…

Davamını oxu

“Love Butik” tamaşası növbəti dəfə nümayiş etdirilib – FOTOLAR

28 noyabr 2025-ci il saat 19:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində “Love Butik” tamaşasının növbəti nümayişi baş tutub. Yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” melodramı əsasında hazırlanan səhnə əsərinə Füzuli Dram Teatrının baş rejissoru Mirzə Nicat quruluş verib. Quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır. Rolları teatrın aktyorları…

Davamını oxu