Bu gün “Love Butik” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrı bu gün qazaxlı tamaşaçılar üçün “Love Butik” tamaşasını nümayiş etdirib. Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edir. Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan tamaşa qazaxlı tamaşaçılar üçün maraqla qarşılanıb, alqışlarla…

Davamını oxu

İcra başçısı Qazax Dövlət Dram Teatrının əməkdaşları ilə görüşüb

Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür. Heç kəsə sirr deyil ki, Qazax Rayon…

Davamını oxu

Şənbə günü “Love Butik” tamaşasını izləməyə dəvət edirik – AFİŞA

Noyabrın 30-u (şənbə günü) saat 12:00-da Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında Mirzə Nicatın quruluş verdiyi “Love Butik” tamaşası olacaq. Payıza təsadüf edən bu günlərdə “Payız Pəncərəni döyür” deyəcəyik. Gəlin, birlikdə “Love Butiki”in romantik abu-havasına düşüb “payız pəncərəmi döyür” oxuyaq!

Davamını oxu

“Bir çətir altında – MƏN” tamaşasının böyük uğuru

(Teatral yazılar silsiləsindən maraqlı bir tamaşa haqqında fikirlərim) 2024-cü ilin 28 oktyabr – 3 noyabr tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində 3-cü Beynəlxalq Teatr Festivalı keçirilib. Əsasən Orta Asiya respublikalarının iştirak etdiyi bu festivala Azərbaycan da qatılıb  və Respublikamızı bu mötəbər sənət tədbirində  87 yaşlı  Qazax Dövlət Dram Teatrı təmsil etmişdir. Onu da vurğulamaq istəyirəm…

Davamını oxu

Qazax teatrının aktrisası diplomla təltif edilib – FOTO

“Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi başa çatıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 4, 5 noyabr 2024-cü il tarixlərdə 44 günlük Vətən müharibəsində qələbənin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Qazax Dövlət Dram Teatrını aktrisa Məlahət Vəliyeva təmsil edib və müsabiqədə “Uğurlu iştiraka görə diplomu” ilə təltif…

Davamını oxu

Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin qonağı olub – VİDEO+FOTO

Qazaxıstanda keçirilən TEATR ALL” III Beynəlxalq Teatr Festivalından qayıdan Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin “Səhər çağı” proqramının qonağı olub. Proqramda qonaq olan teatrın baş rejissoru, əməkdar artist Musa Eyyubov, rejissor, əməkdar artist Xəzər Gəncəli, aktrisa Minayə İbrahimova, aktyor Yusif Qoca festivalda əldə etdikləri uğurlarla bağlı təsüratlarını bölüşüblər. Eyni zamanda Qazaxıstan və Azərbaycan teatrlarının…

Davamını oxu

Qazax Dövlət Dram Teatrı festivalda mükafata layiq görülüb – Foto+Video

Qazax Dövlət Dram Teatrı noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirakını uğurla başa çatdırıb. Teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında – mən” tamaşasını M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirib. Bu festival çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Festival sonra mükafatlandırma həyata…

Davamını oxu