“Yeni il möcüzəsi” nağıl tamaşası – AFİŞA

30, 31 dekabr, 1, 2 yanvar tarixlərində, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində “Yeni il möcüzəsi” nağıl tamaşası nümayiş etdiriləcək. Tamaşanın müəllifi və quruluşçu rejissoru Vüsal Hüseynovdur. Biletləri elə indi əldə edin ki, Yeni il möcüzəsinə gecikməyəsiniz. Yolunuzu gözləyirik. Qeyd: Şəhid və qazi övladlarına, eləcə də yaşı 5-ə çatmamış uşaqlara giriş pulsuzdur.

Davamını oxu

Qazax teatrı Ağdam Dövlət Dram Teatrının qonağı olub

Qazax Dövlət Dram Teatrı “Şəhid atası” tamaşası ilə 10 dekabr 2024-cü il tarixdə Ağdam Dövlət Dram Teatrının qonağı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində yazıçı Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanmış səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşanın quruluşçu rejissoru Qazax Dövlət Dram…

Davamını oxu

Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökdü

Dekabr ayının 7-də Qazax Dövlət Dram Teatrına “Səmirsiz”lik çökmüşdü. Səbəb həmin gün bu teatrın səhnəsində tamaşaçıları tamaşa sonrası bir saatdan çox saxlayan, qızğın müzakirəyə səbəb olan, Samuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında səhnələşdirilmiş “Səmirsiz” tamaşası idi. Kulis.az xəbər verir ki, səhnə əsərinin müəllifi rejissor Abdulla Elşadlı, quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının…

Davamını oxu

“Səmirsiz” mono-tamaşasının premyerası olub

Dekabrın 7-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Səmirsiz” tamaşasının premyerası baş tutub. Rejissor Abdulla Elşadlının quruluş verdiyi mono-tamaşa Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanıb. Tamaşa qazaxlı izləyicilər tərəfindən maraqla qarşılanıb. Premyera sonrası tamaşaçılar və yaradıcı heyətlə səhnə əsəri haqqında maraqlı müzakirə təşkil edilib. Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının…

Davamını oxu

Dekabrın 7-də “Səmirsiz” tamaşasının premyerası olacaq

🎭 Əziz teatrsevərlər, bu şənbə günü (07.12.2024) saat 12:00-da Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanmış “Səmirsiz” (absurd sükut) mono-tamaşasının premyerası olacaq. Rejissor Abdulla Elşadlıdır. Quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktorəvəzi), butafor-rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş…

Davamını oxu

Mingəçevir Dövlət Dram Teatrı bu gün qazaxlı tamaşaçıların qonağı olub

Bu gün Mingəçevir Dövlət Dram Teatrı “Sadıq Evlənir” tamaşası ilə Qazax Dövlət Dram Teatrının qonağı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində qazaxlı tamaşaçılar üçün nümayiş etdirilən səhnə əsəri maraqla qarşılanıb. Tamaşa Sahib İbrahimlinin “Sadığın toyu” pyesi əsasında hazırlanıb. Quruluşçu rejissoru Əməkdar artist, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltandır.

Davamını oxu