
“Teleqram” tamaşasının premyerası baş tutub
Aprelin 12-si saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşasının premyerası baş tutub. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir: “Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq. Fikrimizi…