Kamil Vaqif oğlu Məmmədov

Kamil Vaqif oğlu Məmmədov – 27.05.1996-cı il tarixində Qazax şəhərində anadan olub.

2014–2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsində fransız dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

Müxtəlif illərdə özəl sektorda fəaliyyət göstərib.

2023-cü ildə Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatında kompüter mütəxəssisi vəzifəsində çalışıb.

2025-ci ildən isə Qazax Dövlət Dram Teatrında aktyor vəzifəsində fəaliyyətə başlayıb.

İfa etdiyi rollar:

Ceyhun Vəlizadə – “Səsin mənəm, Xocalı!” ədəbi-bədii kompozisiyası (əsgər) 2025

Abdulla İsmayılov – “TFU” M.C.Məmmədquluzadənin “Ölülər” pyesi əsasında (Kərbəlayi Vəli) 2025

Cəmilə Allahverdiyeva – “Əkil və Bəkil” (Simurq quşu) 2025

Yusif Səmədoğlu – “Simurq quşu” (polis) 2025

Hikmət Orhun – “İşaxtaran qız” (ölü) 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir