“Love Butik” tamaşası növbəti dəfə nümayiş etdirilib – FOTOLAR

28 noyabr 2025-ci il saat 19:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində “Love Butik” tamaşasının növbəti nümayişi baş tutub. Yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” melodramı əsasında hazırlanan səhnə əsərinə Füzuli Dram Teatrının baş rejissoru Mirzə Nicat quruluş verib. Quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır. Rolları teatrın aktyorları…

Davamını oxu

“Bir-iki — bizimki” tamaşasının premyerası olub – FOTO

Qazax Dövlət Dram Teatrının səhnəsində bu dəfə Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki- bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. Teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir. Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada…

Davamını oxu

Aktrisamız müsabiqədə mükafat alıb

Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” bədii qiraət müsabiqəsində iştirak edib. Noyabr ayının 4-də keçirilmiş təbdir Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılovun çıxışı ilə başlayıb. Xalq artisti iştirakçıları salamladıqdan sonra onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Daha…

Davamını oxu

Qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş etdirilib – FOTO

Bu gün saat 12:00 və 14:00-da Qazax Dövlət Dram Teatrında qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş olunub. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrı tərəfindən təqdim edilib. Şair-dramaturq İsgəndər Coşqunun “Çal, oyna!” mənzum nağıl-pyesinin əsasında hazırlanmış eyniadlı tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət,…

Davamını oxu