Q.D.D.T

Qazax Dövlət Dram Teatrı mövsümü “Arqon”la başa vurub

Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını bu dəfə teatrın aktyoru Vüsal Hüseynov canlandırıb. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Tamaşanı izləyənlər arasında Qazax və ətraf rayonlardan olan ziyalılar və teatrsevərlər olub. Qeyd edək ki,…

Davamını oxu

“Sonrakı peşmanlıq” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrının hazırladığı “Sonrakı peşmanlıq” tamaşası nümayiş etdirilib. AZƏRTAC-ın xəbərinə görə, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynov, rejissor assistenti Ceyhun Vəlizadə, quruluşçu rəssamı Samir Həsənovdur. Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev, Həbibə Musayeva canlandırıblar. “Sonrakı peşmanlıq” tamaşasında insan münasibətləri, verilən yanlış qərarların…

Davamını oxu

“Hürmüz və Əhrimən” tamaşası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan tamaşa nümayiş etdirilib. MSNews.az xəbər verir ki, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə Qazax Dövlət Dram Teatrında şairin “Hürmüz və Əhrimən” poemasının əsasında hazırlanmış eyniadlı səhnə əsəri təqdim edilib. Ceyhun Vəlizadənin quruluş verdiyi tamaşada xeyir və şərin əbədi mübarizəsi əsas…

Davamını oxu

Ceyhun Füzuli oğlu Vəlizadə

Ceyhun Füzuli oğlu Vəlizadə – 03.01.1998-ci ildə Özbəkistan Respublikasının Daşkənd vilayətində anadan olub. İbtidai sinfi Qazax şəhəri, S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə bitirərək orta təhsilinə Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 saylı tam orta məktəbdə davam edib və həmin məktəbdən məzun olub. Təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Isparta şəhərində…

Davamını oxu

Elvin Aqil oğlu Abbasov

Elvin Aqil oğlu Abbasov – 15.04.1998-ci ildə Tovuz rayon Düz Cırdaxan kəndində anadan olub. 2004-2015-ci illərdə Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi iştirakçısıdır. 2021-2025-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti ixtisası üzrə dram, teatr, kino aktyorluğu fakültəsini bitirib. Tələbəlik illərində “Səhnə” teatrında çalışıb, bir çox tamaşalarda rol…

Davamını oxu

Kamil Vaqif oğlu Məmmədov

Kamil Vaqif oğlu Məmmədov – 27.05.1996-cı il tarixində Qazax şəhərində anadan olub. 2014–2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsində fransız dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb. Müxtəlif illərdə özəl sektorda fəaliyyət göstərib. 2023-cü ildə Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatında kompüter mütəxəssisi vəzifəsində çalışıb. 2025-ci ildən isə Qazax Dövlət Dram Teatrında aktyor…

Davamını oxu

Samir Cavanşir oğlu Həsənov

Samir Cavanşir oğlu Həsənov – 26.04.1995-ci ildə Qazax rayon Daş Salahlı kəndində anadan olub. 2002-ci ildə Sumqayıt şəhər F.Piriyev adına 18 saylı tam orta məktəbə daxil olub, 2013-cü ildə bitirib. 2014-2018-ci ildə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alıb. Daha sonra bir sıra özəl müəssisədə çalışıb. Oxuduğu dövrdə “Bakı-2015”…

Davamını oxu

“Addım-addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib. Öncə Azərbaycan Respublikasının…

Davamını oxu

“Keçəl və Siçan” nağıl-tamaşası – AFİŞA

Qazaxda bu dəfə Novruz bayramı toylu-büsatlı olacaq: Bəs, kimə toy çalınacaq? Bu sirr 19, 20 mart, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində ilk dəfə nümayiş etdirilən “Keçəl və Siçan” nağıl-tamaşasında açılacaq. Ənənəvi Novruz tamaşalarından olduqca fərqlənən bu əyləncəli interaktiv səhnə oyunu azyaşlılar və valideynləri üçün xüsusi hadisəyə çevriləcək. Vüsal Hüseynovun yazıb quruluş verdiyi tamaşa…

Davamını oxu

8 Mart münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib. Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına…

Davamını oxu