“Love Butik” tamaşası “Azdrama”da nümayiş etdirilib – FOTOLAR
Yanvarın 8-i, saat 19:00-da Qazax Dövlət Dram Teatrının “Love Butik” tamaşası “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib, tamaşa “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb. Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs…