Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə…” tamaşası təqdim olunub
8 Noyabr – Zəfər Gününə həsr olunan “Səhnədən zəfərə…” adlı səhnə əsəri Qazax Dövlət Dram Teatrında tamaşaçılara təqdim edilib. Tamaşa keçmişlə bu gün arasında mənəvi körpü yaradır, Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsini, xalqımızın Zəfərə gedən yolda göstərdiyi fədakarlığı təsirli şəkildə ifadə edir. Səhnə əsərində tamaşaya hazırlaşan bir rejissorun köhnə sandıqdan tapdığı saat, məktub və…