“Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib – FOTOLAR

Fevralın 25-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeir nömrələrindən ibarət ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Rolları Əməkdar artist Hacı Hacıyev, Nəsimi Aşbazov, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva,…

Davamını oxu

“Arqon” mono-tamaşasının ictimai baxışı keçirilib

Fevralın 22-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Arqon” mono-tamaşasının ictimai baxışı keçirilib. Səhnə əsəri 35-40 yaşlı bir şəxsin ona qoyulmuş ada görə psixoloji sarsıntılar keçirərək intihar həddinə çatmasından bəhs edir. Yazıçı-dramaturq Şəbnəm Xeyrullanın eyni adlı mono-pyesinin əsasında hazırlanan tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Arqon obrazını Yusif Qoca canlandırır.

Davamını oxu

“Arqon” mono-tamaşasının ictimai baxışı keçiriləcək

Fevralın 22-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında Şəbnəm Xeyrullanın “Arqon” mono-pyesi əsasında hazırlanan eyniadlı tamaşanın ictimai baxışı keçiriləcək. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Arqon obrazını Yusif Qoca canlandırır. Hər kəs dəvətlidir.

Davamını oxu

Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək

Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda məşqləri aparılan, fevralın 25-i nümayiş olunacaq ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rəssamı Aysan Omarovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, Nəsimi Aşbazov, Rüfət Ömər,…

Davamını oxu

Qazax “Peşəkar teatr dərsləri” başa çatıb

Fevralın 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrında təşkil edilmiş növbəti ustad dərsləri başa çatıb. Təlimlər rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilib. Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı…

Davamını oxu

Qazaxda “Peşəkar teatr dərsləri”nə start verilib – FOTOLAR

Fevralın 3-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində keçiriləcək növbəti ustad dərsləri Qazax Dövlət Dram Teatrında başlayıb. Təlimlər rejissor Ceyhun Dadaşov və teatrşünas Dağlar Yusif tərəfindən keçirilir. Layihənin əsas məqsədi region teatrlarında sənətin peşəkar əsaslarının tədrisi, yaradıcı, nəzəri-praktiki təcrübə mübadiləsi ilə peşəkarlıq səviyyəsinin artırılması və fəal yaradıcı mühitin formalaşdırılmasıdır….

Davamını oxu