Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinə həsr olunan Anım Günü münasibətilə Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib. Tamaşadan əvvəl Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayev tamaşaçıları salamlayaraq Anım Gününün əhəmiyyəti barədə məlumat verib. Daha sonra Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla…

Davamını oxu

Qazax Dövlət Dram Teatrı yeni mövsümün açılışını edib

Qazax Dövlət Dram Teatrı 89-cu mövsümə “Sonrakı peşmanlıq” tamaşası ilə start verib. 12 sentyabr saat 12:00-da nümayiş etdirilən tamaşanın müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynovdur. Səhnə əsərində rejissor assistenti kimi Ceyhun Vəlizadə, quruluşçu rəssam kimi isə Samir Həsənov çalışıb. “Sonrakı peşmanlıq” tamaşasında rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov,…

Davamını oxu

Qazax Dövlət Dram Teatrı mövsümü “Arqon”la başa vurub

Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını bu dəfə teatrın aktyoru Vüsal Hüseynov canlandırıb. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Tamaşanı izləyənlər arasında Qazax və ətraf rayonlardan olan ziyalılar və teatrsevərlər olub. Qeyd edək ki,…

Davamını oxu

“Sonrakı peşmanlıq” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrının hazırladığı “Sonrakı peşmanlıq” tamaşası nümayiş etdirilib. AZƏRTAC-ın xəbərinə görə, səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və musiqi tərtibatçısı Vüsal Hüseynov, rejissor assistenti Ceyhun Vəlizadə, quruluşçu rəssamı Samir Həsənovdur. Rolları Ceyhun Vəlizadə, Zəmanə Dərviş, Minayə İbrahimova, Nəsimi Aşbazov, Kamil Məmmədov, Əhməd Musayev, Həbibə Musayeva canlandırıblar. “Sonrakı peşmanlıq” tamaşasında insan münasibətləri, verilən yanlış qərarların…

Davamını oxu

“Hürmüz və Əhrimən” tamaşası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan tamaşa nümayiş etdirilib. MSNews.az xəbər verir ki, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə Qazax Dövlət Dram Teatrında şairin “Hürmüz və Əhrimən” poemasının əsasında hazırlanmış eyniadlı səhnə əsəri təqdim edilib. Ceyhun Vəlizadənin quruluş verdiyi tamaşada xeyir və şərin əbədi mübarizəsi əsas…

Davamını oxu

Ceyhun Füzuli oğlu Vəlizadə

Ceyhun Füzuli oğlu Vəlizadə – 03.01.1998-ci ildə Özbəkistan Respublikasının Daşkənd vilayətində anadan olub. İbtidai sinfi Qazax şəhəri, S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə bitirərək orta təhsilinə Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 saylı tam orta məktəbdə davam edib və həmin məktəbdən məzun olub. Təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Isparta şəhərində…

Davamını oxu

“Addım-addım Vətəndə”: Qələbənin 5 illiyinə həsr olunan teatr səfəri Qazaxda

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı “Addım-addım Vətəndə” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həyata keçirilib. Öncə Azərbaycan Respublikasının…

Davamını oxu

“Keçəl və Siçan” nağıl-tamaşası – AFİŞA

Qazaxda bu dəfə Novruz bayramı toylu-büsatlı olacaq: Bəs, kimə toy çalınacaq? Bu sirr 19, 20 mart, saat 12:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində ilk dəfə nümayiş etdirilən “Keçəl və Siçan” nağıl-tamaşasında açılacaq. Ənənəvi Novruz tamaşalarından olduqca fərqlənən bu əyləncəli interaktiv səhnə oyunu azyaşlılar və valideynləri üçün xüsusi hadisəyə çevriləcək. Vüsal Hüseynovun yazıb quruluş verdiyi tamaşa…

Davamını oxu

8 Mart münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş olunub

Qazax Dövlət Dram Teatrında 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib. Teatrsevərlər tərəfindən maraqla qarşılanan komediya iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır. Hadisələr bir sevgi hekayəsi üzərində qurulsa da, əslində burada cəmiyyətin (ailələrin) üzləşdiyi aktual problemlər, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlar, bu münasibətlərin ailədə şəxsiyyətin formalaşmasına…

Davamını oxu

“Xocalı harayı” ədəbi-bədii kompozisiyası nümayiş etdirilib – FOTOLAR

Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin də dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə tədbir iştirakçıları tərəfindən Qazax şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub, “Əbədi məşəl” kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb…

Davamını oxu