Samir Cavanşir oğlu Həsənov

Samir Cavanşir oğlu Həsənov – 26.04.1995-ci ildə Qazax rayon Daş Salahlı kəndində anadan olub. 2002-ci ildə Sumqayıt şəhər F.Piriyev adına 18 saylı tam orta məktəbə daxil olub, 2013-cü ildə bitirib.

2014-2018-ci ildə ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alıb. Daha sonra bir sıra özəl müəssisədə çalışıb.

Oxuduğu dövrdə “Bakı-2015” Birinci Avropa Oyunlarında, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında və digər oyunların keçirilməsində könüllü kimi fəaliyyət göstərib, sertifikatlarla təltif edilib.

2025-ci ildən Qazax Dövlət Dram Teatrında butaforçu rəssam və qrimçi-pastijor kimi fəaliyyətə başlayıb. Kollektivə gəldiyi gündən vəzifəsini məsuliyyətlə yerinə yetirir.

2026-cı ildən quruluşçu rəssam vəzifəsində çalışır.

Quruluşunda iştirak etdiyi tamaşalardan nümunələr:

Cəmilə Allahverdiyeva. “Əkil və Bəkil” – 2025

Abdulla İsmayılov. “TFU!” (M.C.Məmmədquluzadənin “Ölülər” pyesinin əsasında) – 2025

Vüsal Hüseynov. “Keçəl və Siçan” – 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir