“Əkil və Bəkil” nağıl-tamaşası Ağstafada nümayiş etdirilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Dövlət Dram Teatrının hazırladığı “Əkil və Bəkil” nağıl-tamaşası bu gün Ağstafa rayonunda nümayiş etdirilib. Səhnə əsəri ağstafalı balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Cəmilə Allahverdiyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, butafor rəssamı Samir Həsənov, musiqi tərtibatçısı Vahid Bayramov,…

Davamını oxu

“Şəhid atası” “Müstəqillik Günü” münasibətilə nümayiş etdirilib — Fotolar

Mayın 27-i saat 12:00-da “Müstəqillik Günü” münasibətilə Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib. Vətən Müharibəsindən bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb. Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid…

Davamını oxu

“Teleqram” növbəti dəfə nümayiş etdirilib

Mayın 17-si saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşası növbəti dəfə nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir: “Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq….

Davamını oxu

Musa Eyyubov Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb

Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Musa Eyyub oğlu Eyyubov 12 aprel 1960-cı ildə Qazax şəhərində anadan olub. 1966-1976-cı illərdə…

Davamını oxu

“Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib – FOTO

Mayın 3-ü, saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası qazaxlı tamaşaçılar üçün nümayiş etdirilib. Tamaşaçılar tərəfindən maraqla qarşılanan və alqış sədaları ilə müşayiət edilən səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur. Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan…

Davamını oxu