Vəliyeva Məlahət Süleyman qızı – 10.08.1992-ci ildə Qazax şəhərində anadan olub.
1998-ci ildə Qazax şəhər M.Hüseyn adına humanitar və təbiət fənlər təmayüllü məktəb-liseyində 1-ci sinfə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. Orta məktəblə yanaşı, 2000-2007-c illərdə Qazax 2 №-li musiqi məəktəbində fortepiano, Qazax Dövlət Rəsm Qalareyasında rəssamlıq təhsili alıb.
2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin “kitabşünaslıq” ixtisasına qəbul olub, 2013-cü ildə isə həmin universiteti bitirib.
2013-2014-cü illərdə Tovuzda fəaliyyət göstərən TürkelTV televiziya kanalında müxbir kimi çalışıb.
2014-cü il tarixdən Qazax Dövlət Dram Teatrında aktrisa vəzifəsində fəaliyyətini davam etdirir.
İfa etdiyi rollar:
İskəndər Coşqun – “Ana laylası” (Həcər) 2015
Novruz tədbirləri – (Bahar qızı) 2024
Dəniz quldurlarının Yeni il məcaraları (Ana) 2023
İskəndər Coşqun – “Ana laylası” (Bahar) 2023
Tuncər Cücənoğlu – “Dosye” (Yeşim) 2023
İskəndər Coşqun – “Çal oyna” (Keçi) 2024
Turqut Özakman – “Adət” (Kiçik gəlin) 2024