Vüsal Qələndər oğlu Hüseynov

Vüsal  Qələndər oğlu Hüseynov – 12.08.1985-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. 1992-2003-cü illər ərzində 265 №-li orta məktəbdə təhsil alıb. 2003-2007-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino aktyoru fakültəsində təhsilini davam etdirib. Xalq artisti, rejissor Ağakişi Kazımovun kursunu bitirib.

2003-cü ildən mədəniyyət evlərində, Abdulla Şaiq adına Dövlət Kukla Teatrında çalışıb, müxtəlif uşaq tamaşalarına quruluş verib. “Dəcəlin Yuxusu”, “Çörək tamaşası”, “Qış Nağılı” maraqla qarşılanan tamaşalar sırasındadır.

Eyni vaxtda ATV kanalında aktyor vəzifəsində çalışıb. 2005-ci ildə SpaceTv və digər bir çox telekanallarda marifləndirici və əyləncəli verlişlər, filmlər, seriallar hazırlayıb. Misal üçün, “Mənim böyük ailəm”, “Kolxoz 85”, “Həkimlər”, “İki dost”, “Komedi şou”, “Qisas” və s.

Eləcə də teatr və mədəniyyət evlərində bir çox tamaşalara quruluş verib. Həm senarist, həm qrimçi-pastijor, həm də aktyor kimi çalışıb. 44 günlük vətən müharibəsinə həsr olunmuş “Fateh”, narkomaniya ilə mübarizə mövzusunda “Sonrakı Peşmançılıq”, Xocalı faciəsinin il dönümünə həsr olunmuş “Susmayan Səs” adlı tamaşalarda çalışıb.

Fəaliyyətə başlayandan dövlət tədbirlərində yaxından iştirak edib. Heydər Əliyev fondunun kimsəsiz uşaqlar üçün keçirdiyi tədbirdə mükafat alıb. Bir neçə ölkədə festivallarda iştirak edib, mükafatlar qazanıb.

Hazırda Qazax Dövlət Dram Teatrında aktyor vəsifəsində çalışır. Həm rejissor kimi, həm də aktyor kimi fəaliyyət göstərir.

İfa etdiyi rollar:

İskəndər Coşqun – “Ana laylası” (İsa) – 2023

Əli Əmirli – “Onun iki qabırğası” (Səyyat) – 2024

Vüsal Hüseynov – “Keçəlin toyu” (Keçəl, baba) – 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir