“Bir-iki — bizimki” tamaşasının premyerası olub – FOTO
Qazax Dövlət Dram Teatrının səhnəsində bu dəfə Xalq yazıçısı Kamal Abdullanın “Bir, iki- bizimki!” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib. Teatrın direktoru, rejissor Allahverdi Musayevin quruluş verdiyi səhnə əsəri insan münasibətlərinin incə psixoloji qatlarını, axtarış və anlaşma arasındakı ziddiyyətləri əks etdirir. Rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Allahverdi Musayev, rejissor assistenti Ceyhun Vəlizadə olan tamaşada…