28 noyabr 2025-ci il saat 19:00-da Qazax Dövlət Dram Teatrının səhnəsində “Love Butik” tamaşasının növbəti nümayişi baş tutub.
Yazıçı Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” melodramı əsasında hazırlanan səhnə əsərinə Füzuli Dram Teatrının baş rejissoru Mirzə Nicat quruluş verib.
Quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır.
Rolları teatrın aktyorları Əməkdar artist Hacı Hacıyev, Minayə İbrahimova, Yusif Qoca və Zəmanə Dərviş canlandırırlar.
Kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edən səhnə əsəri teatrsevərlər tərəfindən maraqla qarşılanıb.






