Aktrisamız müsabiqədə mükafat alıb

Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyeva 44 günlük Vətən müharibəsində tarixi qələbənin 5-ci ildönümünə həsr olunmuş “Xarıbülbülün təntənəsi” bədii qiraət müsabiqəsində iştirak edib.

Noyabr ayının 4-də keçirilmiş təbdir Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılovun çıxışı ilə başlayıb. Xalq artisti iştirakçıları salamladıqdan sonra onları təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.

Daha sonra Əməkdar artist Azad Şükürov, Xalq artisti İlham Namiq Kamal və aktyor-pedaqoq Məhəmməd Verdizadə təbrik və arzulara qoşulub.

Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın “Şuşanı alan oğullar” şeiri ilə müsabiqədə iştirak edən Qazax Dövlət Dram Teatrının aktrisası Məlahət Vəliyevanın çıxışı tamaşaçılar və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək diplom və mükafata layiq görülüb.

Teatr rəhbərliyi və kollektivi adından aktrisamız Məlahət Vəliyevanı qazandığı uğur münabətilə təbrik edir, yaradıcılıq uğurları arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir