Bu gün Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Orucovun vəfatından bir il ötür.
Teatrın kollektivi bu münasibətlə onun məzarını ziyarət edib.
O, 1988-ci ildən vəfat etdiyi günə qədər teatrda fəaliyyət göstərib.
50-dən çox obraza həyat verib.
“Şəhərli kürəkən”in Vaxtanqı, “Cəhənnəm sakinləri”nin qonağı, “Dosye”nin Öməri, “İnan mənə”nin professor Əmirovu bu gün də kollektivdə və tamaşaçılar arasında ondan söz düşəndə sevgi ilə anılır, yoxluğu hiss olunur.
Allah rəhmət eləsin!
