Qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş etdirilib – FOTO

Bu gün saat 12:00 və 14:00-da Qazax Dövlət Dram Teatrında qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş olunub. Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrı tərəfindən təqdim edilib. Şair-dramaturq İsgəndər Coşqunun “Çal, oyna!” mənzum nağıl-pyesinin əsasında hazırlanmış eyniadlı tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət,…

Davamını oxu

Qazax Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olub – FOTOLAR

Qazax Dövlət Dram Teatrında Mirzə Cəlilin “Ölülər” pyesinin motivləri əsasında müsibət janrında hazırlanmış “Tfu” adlı yeni tamaşanın premyerası baş tutub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, premyera qazaxlı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Rejissor Abdullanın dekonstruksiya edib Qazax Dövlət Dram Teatrının aktyoru Ceyhun Vəlizadə ilə birlikdə quruluş verdiyi səhnə əsəri Azərbaycan teatrının klassiklərdən hesab edilən “Ölülər”ə…

Davamını oxu

Allahverdi Musayev: “Aktrisa sarıdan qıtlıq çəkirik” – MÜSAHİBƏ

“Hürriyyət” qəzetində Qazax Dövlət Dram Teatrının direktoru Allahverdi Musayevin teatrşünas-tənqidçiAnar Ərtoğrul Burcəliyev ilə müsahibəsi yayımlamanıb. Müsahibəni olduğu kimi təqdim edirik.  “Müəyyən  yaş  hüduduna çatmış aktrisaları əvəz edə biləcək  qüvvələrimiz  demək  olar  ki,  yox  dərəcəsindədir” Hər  zaman olduğu kimi bu gün də teatrlarımızdan söhbət düşəndə öz yaradıcılıq  potensial  qüvvələri  ilə  diqqət  mərkəzində  olmağı bacaran  Qazax Dövlət…

Davamını oxu

Qazax Teatrı “Pusquda” ilə yeni mövsümə start verib – FOTOLAR

Qazax Dövlət Dram Teatrı sentyabrın 20-də “Pusquda” tamaşası ilə 88-ci mövsümə start verib. Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub. Tamaşa türkiyəli yazıçı-dramaturq Cahit Atayın eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar artist…

Davamını oxu

Aydın Orucovun vəfatından bir il ötür

Bu gün Qazax Dövlət Dram Teatrının aktyoru Aydın Orucovun vəfatından bir il ötür. Teatrın kollektivi bu münasibətlə onun məzarını ziyarət edib. O, 1988-ci ildən vəfat etdiyi günə qədər teatrda fəaliyyət göstərib. 50-dən çox obraza həyat verib. “Şəhərli kürəkən”in Vaxtanqı, “Cəhənnəm sakinləri”nin qonağı, “Dosye”nin Öməri, “İnan mənə”nin professor Əmirovu bu gün də kollektivdə və tamaşaçılar arasında…

Davamını oxu

“Səmirsiz”in rejissoru: “Ölülər” əsəri üzərində işləməyi planlaşdırıram…” – Müsahibə

Ötən mövsüm Qazax Dövlət Dram Teatrında Samuel Bekketin əsəri əsasında quruluş verdiyi “Səmirsiz” mono-tamaşası ilə uğura imza atan Akademik Rus Dram Teatrının aktyoru Abdulla (Elşadlı) “Reytinq” qəzetinin əməkdaşı Etibar Cəbrayıloğlu ilə söhbətləşib. Yeni teatr mövsümündə görəcəyi işlərdən danışıb. Həmçinin teatrımızda hazırlayacağı yeni tamaşadan söhbət açıb. Müsahibəni təqdim edirik: Teatr sahəsində qarşılaşdığı nöqsanları dilə gətirməkdən çəkinmir….

Davamını oxu

Qazax Dövlət Dram Teatrı 87-ci mövsümü başa vurub – FOTOLAR

Qazax Dövlət Dram Teatrı iyulun 12-də Əməkdar artist Xəzər Gəncəlinin türkiyəli yazıçı-dramaturq Cahit Atayın “Pusquda” pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın premyerası ilə  87-ci mövsümünü başa vurub. İyulun 15-i isə sənət ocağında növbəti teatr mövsümünün sona çatması münasibətilə tədbir keçirilib. Tədbirin aparıcısı, aktyor Yusif Qoca mövsüm ərzində teatrda görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat…

Davamını oxu

87-ci mövsüm “Pusquda” tamaşasının premyerası ilə başa çatıb — FOTOLAR

Qazax Dövlət Dram Teatrı iyulun 12-də “Pusquda” tamaşasının premyerası ilə 87-ci mövsümü başa vurub. Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub. Tamaşa türkiyəli yazıçı-dramaturq Cahit Atay eyniadlı pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar…

Davamını oxu

Qurtuluş günü münasibətilə “İnan mənə” tamaşası nümayiş etdirilib — FOTOLAR

İyunun 14-ü, saat 15:00-da Qazax Dövlət Dram Teatrında Qurtuluş günü münasibətilə birhissəli psixoloji dram janrında hazırlanmış “İnan mənə” tamaşası nümayiş etdirilib. Əməkdar artist Xəzər Gəncəlinin quruluş verdiyi səhnə əsəri Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır. Rolları aktyorlar Yusif Qoca,…

Davamını oxu

“Arqon” mono-tamaşasının premyerası olub — FOTOLAR

İyunun 11-i saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Arqon” mono-tamaşasının premyerası keçirilib. Psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını teatrın aktyoru Yusif Qoca canlandırıb. Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır. Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə baş tutmuş CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.

Davamını oxu