Dekabrın 7-də “Səmirsiz” tamaşasının premyerası olacaq

🎭 Əziz teatrsevərlər, bu şənbə günü (07.12.2024) saat 12:00-da Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanmış “Səmirsiz” (absurd sükut) mono-tamaşasının premyerası olacaq. Rejissor Abdulla Elşadlıdır. Quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktorəvəzi), butafor-rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş…

Davamını oxu

Mingəçevir Dövlət Dram Teatrı bu gün qazaxlı tamaşaçıların qonağı olub

Bu gün Mingəçevir Dövlət Dram Teatrı “Sadıq Evlənir” tamaşası ilə Qazax Dövlət Dram Teatrının qonağı olub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində qazaxlı tamaşaçılar üçün nümayiş etdirilən səhnə əsəri maraqla qarşılanıb. Tamaşa Sahib İbrahimlinin “Sadığın toyu” pyesi əsasında hazırlanıb. Quruluşçu rejissoru Əməkdar artist, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltandır.

Davamını oxu

İcra başçısı Qazax Dövlət Dram Teatrının əməkdaşları ilə görüşüb

Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərdiyi dövlət qayğısı onu söyləməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Ölkə başçısının və Birinci vitse-prezidentin mədəniyyət sahəsinə olan qayğısı Qazaxda da hər zaman örnək götürülür. Heç kəsə sirr deyil ki, Qazax Rayon…

Davamını oxu