“Solğun çiçəklər” Qazax Dövlət Dram Teatrının səhnəsində

Qazax Dövlət Dram teatrı 78-ci mövsümü Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə başa vurub. Əsər Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasovun quruluşunda tamaşaya hazırlanıb.

Tamaşaya 23 iyun 2016-cı il tarixdə ictimai baxış keçirilib. İctimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İgəndərov, bədii şura sədrinin müavini, Azərbaycan Respublikasının əməkdar artisti, baş rejissor Musa Eyyubov, bədii şuranın üzvləri aktyor Hacı Hacıyev, rəssamlar Afiq Məmmədov və Səyyat Məmmədov, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, BDU-nun Qazax filialının direktoru, dosent Afaq Qasımova və başqaları iştirak edib.

Rayon Mədəniyyət Mərkəzinin böyük zalında göstərilən tamaşada Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, Aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllimlər, həkimlər, mədəniyyət işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.

Tamaşada rolları teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova, İlqar Hacəliyev, gənc aktyorlardan Zəmanə Orucova, Yusif Qoca və Nəsimi Aşbazov ifa edib.

Tamaşa böyük anşlaqla keçmiş və tamaşaçıların rəğbətini qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir