Rüstəm Sərdar Mansur oğlu – 20.08.1981-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1987-1998-ci illərdə Ə.Məmmədov adına orta məktəbdə təhsil alıb.
Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Akademik Milli Dram teatrında səhnə maşinisti, aktyor kimi fəaliyyət göstərib.
Mədəniyyət və İncəsənət Universitetinin magistratura pilləsinin aktyorşünaslıq ixtisasını bitirib.
Səhnə həyatı ilə yanaşı, Azərbaycanfilm kinostudiyasının istehsal etdiyi bir çox filmlərə çəkilib. Azərbaycan telekanalında bir çox televiziya tamaşası, televiziya filmi və seriallarda aktyor kimi çalışıb.
İfa etdiyi rollar:
Altay Məmmədov – “Yadındamı” (Dinar) 2022
Dəniz quldurlarının Yeni il məcaraları (Cadugər) 2023
Tuncər Cücənoğlu – “Dosye” (Təmar) 2023
Slavomir Mrojek – “Mühacirlər” 2023