İyunun 14-ü, saat 15:00-da Qazax Dövlət Dram Teatrında Qurtuluş günü münasibətilə birhissəli psixoloji dram janrında hazırlanmış “İnan mənə” tamaşası nümayiş etdirilib.
Əməkdar artist Xəzər Gəncəlinin quruluş verdiyi səhnə əsəri Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun eyniadlı pyesi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rəssamı Səyyat Məmmədov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır.
Rolları aktyorlar Yusif Qoca, Zəmanə Dərviş, Minayə İbrahimova, Elşad Əliyev, Sərdar Rüstəm, Əhməd Musayev, Məmməd Hacalıyev, Rüfət Eminalıyev, Nəsimi Aşbazov ifa ediblər.