Qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş etdirilib – FOTO

Bu gün saat 12:00 və 14:00-da Qazax Dövlət Dram Teatrında qazaxlı məktəblilər üçün “Çal, oyna!” nağıl-tamaşası nümayiş olunub.

Tamaşa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax Dövlət Dram Teatrı tərəfindən təqdim edilib.

Şair-dramaturq İsgəndər Coşqunun “Çal, oyna!” mənzum nağıl-pyesinin əsasında hazırlanmış eyniadlı tamaşada heyvanların dili ilə hiyləyə, yalana nifrət, zəhmətə, düzlüyə, etibara və əməyə rəğbət aşılanıb.

Səhnə əsərinə Zülfiyyə Hacıyeva quruluş verib. Quruluşçu rəssam Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir