Minayə İbrahim qızı İbrahimova

Minayə İbrahim qızı İbrahimova – 29.04.1967-ci ildə Ağstafa rayonun Vurğun kəndində anadan olub. Ağstafa rayon, Vurğun qəsəbəsi Texniki Peşə məktəbinin mühasibat uçotu kursunda təhsil alıb.

2000-ci ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. İndiyədək 50-dən çox obraz canlandırıb.

İfa etdiyi rollar:

Georgi Xuqayev – “Arvadımın əri” (Fərizət) 2000

Vaqif Səmədoğlunun – “Mamoy kişinin yuxuları” (Qaraqaytan) 2001

Anatoli Safranovun – “Kişilərə inanmayın” (Tuzova) 2002

Süleyman Sani Axundov – “Tamahkar” (Gülzar) 2002

Sabit Rəhman – “Yalan” (Rəfiqə) 2002

İ.Əliyev – “Molla Nəsrəddin və Əzrayıl” (Mollanın arvadı ) 2002

Əbdürrəhim bəy Haqverdiyev – “Bəxtsiz cavan” (Mehri xanım) 2004

Nəcəf bəy Vəzirov – “Daldan atılan daş topuğa dəyər” (Nurcahan) 2004

Bəxtiyar Vahabzadə – “Kimdir haqlı” (Həyat) 2004

Əli Əmirli – “Onun iki qabırğası” (Ceyran) 2004

Əhməd Orucoğlu – “Pul dəlisi” (Mənzərə) 2005

Cəfər Cabbarlı – “Vəfalı Səriyyə” (Çimnaz) 2005

Firuz Mustafa – “Qarışqa tələsi” (Delfinə) 2006

Elçin – “Qatil” (qonşu qadın) 2006

Əli Əmirli – “Köhnə ev” (Sona) 2006

S.Dağlı – “Oyun bitdi” (Arəstə) 2007

Mar Baycıyev – “Duel” (Nazlı) 2008

Əli Əmirli – “Varlı qadın” (Dilənçi) 2008

Elçin – “Mənim ərim dəlidir” (Xanım) 2008

Nəcəf Bəy Vəzirov – “Ağa Kərimxan Ərdəbili” (Leyla xanım) 2009

Orxan Kamal – “Yad qızı” (Həyat) 2009

İ.Qasımlı – “Akademik kürəkən” (ikinci şikayətçi qadın) 2009

Firuz Mustafa – “Neytral zona” (Nadejda) 2011

Süleyman Sani Axundov – “Tamahkar” (Şərəf xanım) 2012

Aleksandr Çxaidze – “Sərbəst mövzu” (Yelena İvanova Balavadze) 2015

Göyçək Fatma – “Nağıl tamaşa” (Pəri nənə) 2016

Cəfər Cabbarlı – “Solğun çiçəklər” (Pəri) 2016

Vaqif Səmədoğlu – “İntihar” (Ellada)  2018

Əhməd Orucoğlu – “Pul dəlisi” (Mənzərə) 2019

Əhməd Orucoğlu – “Qulluqçu axtarıram” (Səma) 2022

İskəndər Coşqun – “Ana laylası” (Sənəm qarı) 2023

Ağalar İdrisoğlu – “İnan mənə” (Yasəmən) 2023

İskəndər Coşqun – “Çal oyna” (Tülkü) 2024

Turqut Özakman – “Adət” (bibi) 2024

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir