Elvin Aqil oğlu Abbasov

Elvin Aqil oğlu Abbasov – 15.04.1998-ci ildə Tovuz rayon Düz Cırdaxan kəndində anadan olub. 2004-2015-ci illərdə Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbdə təhsil alıb.

Vətən müharibəsi iştirakçısıdır.

2021-2025-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti ixtisası üzrə dram, teatr, kino aktyorluğu fakültəsini bitirib.

Tələbəlik illərində “Səhnə” teatrında çalışıb, bir çox tamaşalarda rol alıb. Molyerin “Tartüf”, “Xəsis”, Nodar Dumbadzenin “Ağ bayraqlar”, Rüstəm İbrahimbəyovun “Şirəbənzər”, Xəqani Əliyevin “Yaxşı və Aşıq” dastanının motivləri əsasında qələmə aldığı “Sarı Aşığın Dastanı” , Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər”, “Kimdir müqəssir?” tamaşalarında, həmçinin “Zamanın Faciəsi”, “Stadionlar boş qalanda”, “O tərəfi kölgə”, “Oğlan igid, qız qəşəng”, “Sükut”, “Alatava” filmlərində müxtəlif obrazlar canlandırıb.

2025-ci ildən Qazax Dövlət Dram Teatrında fəaliyyət göstərir.

İfa etdiyi obrazlar:

Yusif Səmədoğlu – “Simurq quşu” (Toğrul) 2025

Hikmət Orhun – “İşaxtaran qız” (xəstənin əri və həkim köməkçisi) 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir