Kamil Vaqif oğlu Məmmədov – 27.05.1996-cı il tarixində Qazax şəhərində anadan olub.
2014–2018-ci illərdə Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsində fransız dili və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.
Müxtəlif illərdə özəl sektorda fəaliyyət göstərib.
2023-cü ildə Yeni Azərbaycan Partiyasının Qazax rayon təşkilatında kompüter mütəxəssisi vəzifəsində çalışıb.
2025-ci ildən isə Qazax Dövlət Dram Teatrında aktyor vəzifəsində fəaliyyətə başlayıb.
İfa etdiyi rollar:
Ceyhun Vəlizadə – “Səsin mənəm, Xocalı!” ədəbi-bədii kompozisiyası (əsgər) 2025
Abdulla İsmayılov – “TFU” M.C.Məmmədquluzadənin “Ölülər” pyesi əsasında (Kərbəlayi Vəli) 2025
Cəmilə Allahverdiyeva – “Əkil və Bəkil” (Simurq quşu) 2025
Yusif Səmədoğlu – “Simurq quşu” (polis) 2025
Hikmət Orhun – “İşaxtaran qız” (ölü) 2026