“Ünsürlərin sirri” Qazax teatrında açıldı – FOTO

Martın 21-i saat 12:00-da Qazax Dövlət Dram Teatrının Novruz bayramı münasibəti ilə uşaqlar üçün hazırladığı “Ünsürlərin sehri – Bulağın sirri” adlı nağıl tamaşa nümayiş etdirilib.

Təbiətin oyanışını özünəməxsus şəkildə ifadə edən səhnə əsəri balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansı alqışlarla müşayiət olunub.

Teatrın aktyoru Ceyhun Vəlizadənin eyni adlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Allahverdi Musayevdir.

Rolları Xaqan Qurbanov, Ceyhun Vəlizadə, Rüfət Ömər, Aytac Cəfərova, Zəmanə Dərviş, Vüsal Hüseynov, Məmməd Hacalıyev, Əhməd Musayev ifa ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir