“Şəhid atası” “Müstəqillik Günü” münasibətilə nümayiş etdirilib — Fotolar

Mayın 27-i saat 12:00-da “Müstəqillik Günü” münasibətilə Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib.

Vətən Müharibəsindən bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.

Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

Rolları aktyor, Əməkdar artist Hacı Hacıyev, aktyorlar Rüfət Ömər, Aytac Cəfərova, Nəsimi Aşbazov, Minayə İbrahimova, İlqar Hacalıyev, Məmməd Hacalıyev, Kamil Məmmədov, Rüfət Eminalıyev canlandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir