Musa Eyyubov Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb

Qazax Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Musa Eyyubov növbəti dəfə Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görülüb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

Musa Eyyub oğlu Eyyubov 12 aprel 1960-cı ildə Qazax şəhərində anadan olub. 1966-1976-cı illərdə Ağstafa şəhəri 2 saylı orta məktəbdə təhsil alıb. 1977-1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunda ali təhsil alıb.

1976-1986-cı illər ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında rejissor köməkçisi, truppa müdiri və aktyor işləyib.

1986-1988-ci illərdə Qazax rayonu Xalq Teatrında rejissor, 1988-ci ildən Qazax Dövlət Dram Teatrında aktyor, musiqi hissə müdiri, sərəncamçı direktor, quruluşçu rejissor kimi müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən isə QDDT-nın baş rejissoru vəzifəsində fəaliyyətini davam etdirir. O, teatrın səhnəsində oynanılan bir sıra tamaşaya uğurlu quruluş verib. Bunlara nümunə olaraq “Qatil” (Elçin – 2006), “Nəsrəddin” (Y.Əzimzadə – 2005),  “Akademik kürəkən” (Heydər Qasımlı – 2009), “Sən həmişə mənimləsən” (İlyas Əfəndiyev – 2014), “Dələduz” (Nəcəf Bəy Vəzirov – 2022), “Yadındamı” (Altay Məmmədov – 2022), “Onun iki qabırğası” (Əli Əmirli – 2024), “Şəhid atası” (Əli Əmirli – 2024) tamaşalarını göstərmək olar.

2024-cü ildə qazax yazıçısı Roza Mukanovanım “Bir çətir altında – mən” pyesinin əsasında hazırladığı eynidlı tamaşa həmin ilin noyabr ayının 3-də Qazaxıstanın Astana şəhərində keçirilən “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib.

2011-2013-cü illərdə regionda fəaliyyət görtərən TürkelTV-də yaradıcılıq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ildə “Fəxri mədəniyyət işçisi”, 2015-ci ildən “Əməkdar artist” adına layiq görülüb.

M.Eyyubov bundan qabaq 2017-ci ildən 2024-cü ilədək Prezindent mükafatçısı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir