Yanvarın 8-i, saat 19:00-da Qazax Dövlət Dram Teatrının “Love Butik” tamaşası “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdirilib, tamaşa “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.
Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edir.
Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan tamaşa maraqla qarşılanıb, alqışlarla müşayiət olunub.
Tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır, obrazları əməkdar artist Hacı Hacıyev, Xanım Məmmədova, Zəmanə Dərviş və Yusif Qoca canlandırırlar.
Bu gün isə tamaşanın nümayişi münasibəti ilə Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, aktyoru Yusif Qoca, aktrisası Zəmanə Dərviş “Mədəniyyət” kanalının “Səhər çağı” verilişinin qonağı olub.