1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Dövlət Dram Teatrının hazırladığı “Əkil və Bəkil” nağıl-tamaşası Qazax rayonunda da nümayiş etdirilib.
İyunun 1-i saat 12:00 və 14:00-da qazaxlı uşaqların sevincinə səbəb olan səhnə əsəri Cəmilə Allahverdiyevanın eyniadlı pyesi əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, butafor rəssamı Samir Həsənov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Gülüstan Mustafayevadır.
Rolları aktyorlar Vüsal Hüseynov, Rüfət Ömər, Zəmanə Dərviş, Xanım Məmmədova, Kamil Məmmədov, Rüfət Eminalıyev ifa edirlər.