“Əkil və Bəkil” nağıl-tamaşası Ağstafada nümayiş etdirilib

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax Dövlət Dram Teatrının hazırladığı “Əkil və Bəkil” nağıl-tamaşası bu gün Ağstafa rayonunda nümayiş etdirilib.

Səhnə əsəri ağstafalı balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Cəmilə Allahverdiyevanın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, butafor rəssamı Samir Həsənov, musiqi tərtibatçısı Vahid Bayramov, rejissor assistenti Gülüstan Mustafayevadır.

Rolları aktyorlar Vüsal Hüseynov, Rüfət Ömər, Zəmanə Dərviş, Xanım Məmmədova, Kamil Məmmədov, Rüfət Eminalıyev ifa edirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir