Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdiriləcək
Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək. Teatrdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda məşqləri aparılan, fevralın 25-i nümayiş olunacaq ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadə, rəssamı Aysan Omarovadır. Rolları Əməkdar artist Hacı Hacıyev, Nəsimi Aşbazov, Rüfət Ömər,…