Qazax Dövlət Dram Teatrı bu gün qazaxlı tamaşaçılar üçün “Love Butik” tamaşasını nümayiş etdirib.
Bu səhnə əsəri kənardan xoşbəxt görünən ər-arvadın əslində bir-birinə yad insanlar olmasından, onların arasında yaranmış uçurumun kənarında son nəfəslərini verənədək mübarizə aparmasından bəhs edir.
Jalə İsmayılın “Ametist xanım və Apatit bəy” pyesi əsasında hazırlanan tamaşa qazaxlı tamaşaçılar üçün maraqla qarşılanıb, alqışlarla müşayiət olunub.
Tamaşanın quruluşçu rejissoru Füzuli Dövlət Dram Teatrından dəvət olunmuş Mirzə Nicatdır.