“Arqon” mono-tamaşasının ictimai baxışı keçirilib

Fevralın 22-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında “Arqon” mono-tamaşasının ictimai baxışı keçirilib.

Səhnə əsəri 35-40 yaşlı bir şəxsin ona qoyulmuş ada görə psixoloji sarsıntılar keçirərək intihar həddinə çatmasından bəhs edir.

Yazıçı-dramaturq Şəbnəm Xeyrullanın eyni adlı mono-pyesinin əsasında hazırlanan tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır.

Arqon obrazını Yusif Qoca canlandırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir