Musa Eyyub oğlu Eyyubov – 12 aprel 1960-cı ildə Qazax şəhərində anadan olub. 1966-1976-cı illərdə Ağstafa şəhəri 2 saylı orta məktəbdə təhsil alıb. 1977-1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunda ali təhsil alıb.
1976-1986-cı illər ərzində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında rejissor köməkçisi, truppa müdiri və aktyor işləyib.
1986-1988-ci illərdə Qazax rayonu Xalq Teatrında rejissor, 1988-ci ildən Qazax Dövlət Dram Teatrında aktyor, musiqi hissə müdiri, sərəncamçı direktor, quruluşçu rejissor kimi müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildən isə QDDT-nın baş rejissoru vəzifəsində fəaliyyətini davam etdirir.
2011-2013-cü illərdə regionda fəaliyyət görtərən TürkelTV-də yaradıcılıq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ildə “Fəxri mədəniyyət işçisi”, 2015-ci ildən “Əməkdar artist” adına layiq görülüb.
2017-ci ildən 2024-cü ilədək Prezindent mükafatçısı olub.
İfa etdiyi rollar:
B.Vahabzadə – “Dar ağacı” (Babək)
Abdulla Şaiq – “Fitnə” (Bəhram şah)
S.S.Axundov – “Tamahkar” (Əliqulu)
M.F.Axundzadə – “Müsyo Jordan və Dərviş Məstəli şah” (Müsyo Jordan)
M.Hüseyn – “İntizar” (Cəfər)
Ə.Səmədli – “Ölüm hökmü” (Axund)
Quruluş verdiyi tamaşalar:
Elçin – “Qatil” 2006
Y.Əzimzadə – “Nəsrəddin” 2005
M.Marinye – “Oğru” 2008
M.Baycıyev – “Duel” 2008
Heydər Qasımlı – “Akademik kürəkən” 2009
H.Mirələmov – “Xəcalət” 2010
Əhməd Orucoğlu – “Sonuncu seriya” 2010
F.Mustafa – “Neytral zona” 2011
O.Altunbay – “Gecə yarıdan keçəndə”. 2012
Mar baycıyev – “Toy günü ayrılıq” 2013
İlyas Əfəndiyev – “Sən həmişə mənimləsən” 2014
Elçin – “Cəhənnəm sakinləri” 2015
Vaqif Səmədoğlu – “İntihar” 2018
İlqar Fəhmi – “Son reportaj” 2019
Rövşən Ağayev – “Bir gecənin nağılı” 2020
Con Qulsuorsi – “Birincilər və sonuncular” 2021
N.B.Vəzirov – “Dələduz” 2022
Altay Məmmədov – “Yadındamı” 2022
Əli Əmirli – “Onun iki qabırğası” 2024
Əli Əmirli – “Şəhid atası” 2024
Roza Mukanova (qazax) – “Bir çətir altında – mən” 2024
Filmlər:
Baharın sorağında (TürkelTV) – 2011
Mən əzəldən sizinkiyəm… (televiziya filmi) – 2011
Şaxtababa axtarışında (TürkelTV) – 2012
Babanın nağılı (TürkelTV) – 2012