Allahverdi Əhməd oğlu Musayev

Allahverdi Əhməd oğlu Musayev – 25 may 1983-cü ildə Qazax rayon Aşağı Əskipara kəndində anadan olub. 1989-2000-ci illərdə İslam Nəsilov adına Aşağı Əskipara kənd orta məktəbini bitirib. 2000-2004-cü illərdə dram-kino aktyoru ixtisası üzrə Azərbaycan Mədəniyyət və İncəsənət İnistitunda təhsil alıb.

2005-2014-cü illərdə Qazax Dövlət Dram Teatrında aktyor, 2015-ci ildən quruluşçu rejissor vəzifəsində çalışıb. 2023-cü ildən Qazax Dövlət Dram Teatrının direktoru vəzifəsində fəaliyyətini davam etdirir. Rejissor işlədiyi müddətdə müxtəlif tamaşalara quruluş verib.

Quruluş verdiyi tamaşalar:

Elçin Hüseynbəyli – “İmperator” 2014

İskəndər Coşqun – “Ana laylası” 2015

Viktor Hüqo – “Bir edam məhkumunun son günü” 2018

Əhməd Orucoğlu – “Pul dəlisi” 2019

Əhməd Orucoğlu – “Qulluqçu axtarıram” 2022

Jalə İsmayıl – “Min bir gecəlik kitabxana” 2022

İfa etdiyi rollar:

Oktay Altunbay – “40-cı otaq” (Qaraduman) 2019

Con Steynberq – “Siçanlar və adamlar” (Lenni)

Vaqif Səmədoğlu – “İntihar” (Azər) 2018

Elçin – “Dəlixanadan dəli qaçıb” (Siyasi icmalçı) 2016

Əli Əmirli – “Varlı qadın” (Qara) 2008

Elçin – “Mənim ərim dəlidir” (Qonşu) 2008

S.Dağlı – “Oyun bitdi” (iki həkim) 2007

Firuz Mustafa – “Qarışqa tələsi” (Oğlan) 2006

Elçin – “Qatil” (Qonşu kişi) 2006

Əhməd Orucoğlu – “Pul dəlisi” (Dəli) 2005

Nəcəf bəy Vəzirov – “Ağa Kərimxan Ərdəbili” (Səfərəli) 2009

Orxan Kamal – “Yad qızı” (Polis rəisi) 2009

İ.Qasımlı – “Akademik kürəkən” (Ziya Bədirxanov) 2009

Firuz Mustafa – “Neytral zona” (I sərhədçi) 2011

Süleyman Sani Axundov – “Tamahkar” (İmran) 2012

Mirzə Fətəli Axundzadə – “Xırs quldurbasan” (Bayram) 2012

Əbdürrəhim bəy Haqverdiyev – “Kimdir müqəssir” (Qasım ağa) 2013

İlyas Əfəndiyev – “Sən həmişə mənimləsən” (Fərəcov) 2014

Aleksandr Çıxaidze – “Sərbəst mövzu” (Nikifor) 2015

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir