“Teleqram” növbəti dəfə nümayiş etdirilib
Mayın 17-si saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Teleqram” tamaşası növbəti dəfə nümayiş etdirilib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Gəncəlinin sözlərinə görə, tamaşa bir ailənin qarşı-qarşıya gəldiyi sosial təzadlarla ziddiyyətindən bəhs edir: “Əsas ötürmək istədiyimiz mesaj odur ki, ailədə bütün konfliktləri ancaq mədəniyyət həll edə bilər, yəni mədəni dialoq….