Qazax Dövlət Dram Teatrı iyulun 12-də “Pusquda” tamaşasının premyerası ilə 87-ci mövsümü başa vurub.
Ağalıq sistemini özünəməxsus şəkildə tənqid edən səhnə əsəri qazaxlı və ətraf rayonlardan olan tamaşaçılar tərəfindən maraqla qarşılanıb, aktyorların performansları alqışlarla müşayiət olunub.
Tamaşa türkiyəli yazıçı-dramaturq Cahit Atay eyniadlı pyesi əsasında hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru və Azərbaycan dilinə tərcümə edən Əməkdar artist Xəzər Gəncəli, rejissor assistenti Zəmanə Dərvişdir.
Quruluşçu rəssamları Səyyat Məmmədov, Aysan Omarova və butafor-rəssamı Samir Həsənovdur.
Rolları aktyorlar Vüsal Hüseynov, Sərdar Rüstəm və Rüfət Ömər ifa edirlər.









