Ceyhun Füzuli oğlu Vəlizadə

Ceyhun Füzuli oğlu Vəlizadə – 03.01.1998-ci ildə Özbəkistan Respublikasının Daşkənd vilayətində anadan olub.

İbtidai sinfi Qazax şəhəri, S.Əfəndiyev adına 1 saylı tam orta məktəbdə bitirərək orta təhsilinə Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman M.Rüstəmov adına 32 saylı tam orta məktəbdə davam edib və həmin məktəbdən məzun olub.

Təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Isparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetinə “İİBF” fakültəsinin “Management” ixtisası üzrə qəbul olunsa da, yarımçıq qoyub.

C.Vəlizadə 2024-cü ildən Qazax Dövlət Dram Teatrında “Dram artisti’ vəzifəsində fəaliyyət göstərir.

İfa etdiyi obrazlar:

Roza Mukanova – “Çadır altında – mən” (Zaman xaricində olan) 2024

Yusif Səmədoğlu – “Simurq quşu” (müəllifin eynidlı əsəri əsasında Hikmət Orhunun səhnələşdirməsi) (Gənc məhbus) 2025

Ağalar İdrisoğlu – “Teleqram” (Fəti) – Aprel, 2025

Hikmət Orhun – “İş axtaran qız” (Xəstə) – 2026

Səməd Vurğun – “Hürmüz və Əhrimən” (Hürmüz) 2026

Quruluş verdiyi tamaşalar:

Ceyhun Vəlizadə – “Səsin mənəm, Xocalı!” (ədəbi-bədii kompozisiya) 2025

Ceyhun Vəlizadə – “Ünsürlərin sehri – Bulağın sirri” 2025

Ceyhun Vəlizadə – “Haqi Vaqinin izində…” (Şou-tamaşa) 2026

Səməd Vurğun – “Hürmüz və Əhrimən” 2026

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir