Qazax teatrının aktrisası diplomla təltif edilib – FOTO

“Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi başa çatıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 4, 5 noyabr 2024-cü il tarixlərdə 44 günlük Vətən müharibəsində qələbənin 4-cü ildönümünə həsr olunmuş “Zəfərimiz-şərəfimiz” bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqədə Qazax Dövlət Dram Teatrını aktrisa Məlahət Vəliyeva təmsil edib və müsabiqədə “Uğurlu iştiraka görə diplomu” ilə təltif…

Davamını oxu

Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin qonağı olub – VİDEO+FOTO

Qazaxıstanda keçirilən TEATR ALL” III Beynəlxalq Teatr Festivalından qayıdan Qazax Dövlət Dram Teatrının kollektivi Mədəniyyət TV-nin “Səhər çağı” proqramının qonağı olub. Proqramda qonaq olan teatrın baş rejissoru, əməkdar artist Musa Eyyubov, rejissor, əməkdar artist Xəzər Gəncəli, aktrisa Minayə İbrahimova, aktyor Yusif Qoca festivalda əldə etdikləri uğurlarla bağlı təsüratlarını bölüşüblər. Eyni zamanda Qazaxıstan və Azərbaycan teatrlarının…

Davamını oxu

Qazax Dövlət Dram Teatrı festivalda mükafata layiq görülüb – Foto+Video

Qazax Dövlət Dram Teatrı noyabrın 3-də Qazaxıstanın Astana şəhərində keçirilən “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirakını uğurla başa çatdırıb. Teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında – mən” tamaşasını M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında nümayiş etdirib. Bu festival çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Festival sonra mükafatlandırma həyata…

Davamını oxu

Qazax Dövlət Dram Teatrı Qazaxıstana qastrol səfərinə gedib

Qazax Dövlət Dram Teatrı oktyabrın 30-da Qazaxıstanın Astana şəhərində keçiriləcək “TEATR ALL” III Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün qastrol səfərinə yola düşüb. Festival çərçivəsində teatr yazıçı, dramaturq Roza Mukanovanın eyniadlı tragikomediyası əsasında hazıladığı “Çadır altında – mən” tamaşası ilə noyabrın 3-ü saat 11:00-da M.Qorki adına Qazaxıstan Dövlət Akademik Rus Dram Teatrında çıxış edəcək.  Tamaşanın…

Davamını oxu

“Şəhid atası” “Arkoz”un əməkdaşlarına təqdim olunub

Qazax Dövlət Dram Teatrı bu gün “Arkoz Qazax Sement Zavodu”nun əməkdaşları üçün “Şəhid atası” tamaşasını təqdim edib. Tamaşa zavodun akt zalında nümayiş etdirilib. Vətən Müharibəsinə həsr edilən səhnə işi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb. Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa…

Davamını oxu

“Şəhid atası” növbəti dəfə qazaxlı məktəblilər üçün nümayiş etdirilib – FOTO

Qazax Dövlət Dram Teatrının hazırladığı “Şəhid atası” tamaşası bu gün növbəti dəfə qazaxlı məktəblilər üçün nümayiş etdirilib. Vətən Müharibəsinə həsr edilmiş tamaşa məktəbli tamaşaçılar tərəfindən maraqla, gur alqışlarla qarşılanıb. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb. Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova,…

Davamını oxu

“Solğun çiçəklər” Qazax Dövlət Dram Teatrının səhnəsində

Qazax Dövlət Dram teatrı 78-ci mövsümü Cəfər Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşası ilə başa vurub. Əsər Azərbaycan Respublikasının Xalq artisti Zülfüqar Abbasovun quruluşunda tamaşaya hazırlanıb. Tamaşaya 23 iyun 2016-cı il tarixdə ictimai baxış keçirilib. İctimai baxışda bədii şuranın sədri, teatrın direktoru Saqif İgəndərov, bədii şura sədrinin müavini, Azərbaycan Respublikasının əməkdar artisti, baş rejissor Musa Eyyubov,…

Davamını oxu

“Şəhid atası” məktəblilər üçün nümayiş etdirilib – FOTO

Qazax Dövlət Dram Teatrının hazırladığı “Şəhid atası” tamaşası bu gün qazaxlı məktəblilər üçün nümayiş etdirilib. Vətən Müharibəsinə həsr edilmiş tamaşa məktəbli tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb. Quruluşçu rejissoru Qazax Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur….

Davamını oxu