Xəyalə Həsən qızı Eminalıyeva

Xəyalə Həsən qızı Eminalıyeva – 28.04.1992-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olub. 1998-ci ildə Ş.Çobanov adına Ağköynək kənd orta məktəbinə daxil olub, 2009-cu ildə həmin məktəbi bitirib. 2015-ci ildən Qazax Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışır. İfa etdiyi rollar: Tuncər Cücənoğlu – “Dosye” (katibə) 2023 İskəndər Coşqun – “Ana laylası” (Həcər) 2023 İskəndər Coşqun…

Davamını oxu

Xaqan Amil oğlu Qurbanov

Xaqan Amil oğlu Qurbanov – 16.10.1999-cu ildə Qazax şəhərində anadan olub. 2005-ci ildə Qazax rayon N.Vəliyev adına orta məktəbə daxil olub, 2016-cı ildə həmin məktəbi bitirib. 2016-cı ildə Şəki Dövlət Texniki Kollecinə daxil olub, 2019-cu ildə bitirib. 2019-cu ildə Bakı Dövlət Universitetinin Qazax filialına daxil olub. 2023-cü ildən Qazax Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışır….

Davamını oxu

Turac Fərhad qızı Mahmudova

Turac Fərhad qızı Mahmudova  – 24.04.1973-cü ildə Qazax rayonun Daş Salahlı kəndində anadan olub. 1980-ci il Daş Salahlı kənd orta məktəbinə daxil olub, 1990-cı ildə bitirib. 1991-ci ildə Mədəni-Maarif Texnikomuna daxil olub. 1995-ci ildə texnikumu bitirib. 1998-ci ildən Qazax Dövlət Dram teatrında aktrisa vəzifəsində çalışır. İşlədiyi müddəttdə müxtəlif rollar ifa edib. İfa etdiyi rollar: Mirzə…

Davamını oxu

Rüfət Tofiq oğlu Əhmədov

Rüfət Tofiq oğlu Əhmədov – 11.08.1989-cu il Cəbrayıl rayonun Daş Veysəlli kəndində anadan olub. 1996-cı ildə Sabirabad şəhərində M.Ə.Sabir adına 1 saylı orta məktəbə daxil olub, 1998-ci ildə həmin məktəbi bitirib. Orta təhsilini D.Nəbiyev adına 178 saylı məktəbdə davam etdirib. 2007-ci ildə həmin məktəbi bitirib. 2007-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və…

Davamını oxu

İlqar Oruc oğlu Hacaliyev

İlqar Oruc oğlu Hacaliyev – 06.05.1965-ci ildə Qazax şəhərində anadan olub. 1982-ci ildə Qazax rayonunun Ağköynək kəndində orta məktəbi bitirib. 1983-cü ildə texniki peşə məktəbini bitirib. 1991-ci ildən teatrda peşəkar aktyor kimi fəaliyyət göstərir. 60-dan çox rolda çıxış edib. İfa etdiyi rollar: Ramiq Muxtar – “Şəhərli kürəkən” (Qədir) 1997 N.B.Vəzirov – “Yağışdan çıxıb yağmura düşdük”…

Davamını oxu

Minayə İbrahim qızı İbrahimova

Minayə İbrahim qızı İbrahimova – 29.04.1967-ci ildə Ağstafa rayonun Vurğun kəndində anadan olub. Ağstafa rayon, Vurğun qəsəbəsi Texniki Peşə məktəbinin mühasibat uçotu kursunda təhsil alıb. 2000-ci ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. İndiyədək 50-dən çox obraz canlandırıb. İfa etdiyi rollar: Georgi Xuqayev – “Arvadımın əri” (Fərizət) 2000 Vaqif Səmədoğlunun – “Mamoy kişinin yuxuları” (Qaraqaytan) 2001…

Davamını oxu

Xəzər Novruz oğlu Gəncəli

Xəzər Novruz oğlu Gəncəli – 26 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin “Dram rejissorluğu” fakültəsini bitirib. 1983-1997 – ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq və aktyorluq fənni üzrə pedaqoq işləyib. 2002-2014-cü illərdə ərzində İstanbul Mərmərə Universitetində teatr fənni üzrə müəllim olaraq fəaliyyət göstərib….

Davamını oxu

Hacı Şamil oğlu Hacıyev

Hacı Şamil oğlu Hacıyev – 01.06.1962-ci ildə Ağstafa rayonun Poylu kəndində anadan olub. 1979-cu ildə Poylu kənd orta məktəbini bitirib. 1980-1984-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitunun dram-kino aktyorluğu üzrə təhsil alıb. 1984-cü ildə Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildən Qazax Dövlət Dram teatrına aktyor kimi dəvət edilib. 70-dən çox rolda çıxış…

Davamını oxu

Nazilə Razbor qızı Məmmədova

Nazilə Razbor qızı Məmmədova – 01.11.1974-cü ildə Qazax rayonu Aşağı Əskipara kəndində anadan olub. 1981-ci ildə Aşağı Əskipara kənd məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib. 1991-ci ildə Gəncə şəhərində 10 aylıq mühasibat uçotu kursunu bitirib. 2003-cü ildən Qazax Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir. Teatrda bir sıra tamaşada baş rolda…

Davamını oxu

Zəmanə Dilqənd qızı Dərvişova

Zəmanə Dilqənd qızı Dərvişova – 1993-cu il iyul ayının 8-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1999-2010-cu illər Daş Salahlı kənd məktəbində təhsil alıb. 2012-ci ilin yanvar ayından Qazax Dövlət Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Çox qısa müddətdə işgüzarlığı və istedadı ilə kollektivin sevimlisinə çevrilib. Teatrda hazırlanan bir sıra tamaşalarda əsasən baş rolları ifa…

Davamını oxu