“Səmirsiz” mono-tamaşası “Azdrama”da nümayiş etdirilib – FOTOLAR

Yanvarın 8-i, saat 16:00-da Qazax Dövlət Dram Teatrının “Səmirsiz” tamaşası “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

Tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Rejissor Abdulla Elşadlının quruluş verdiyi mono-tamaşa Semuel Bekketin “Sözsüz əməl” pyesinin motivləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov (Şəki Dövlət Dram Teatrının baş rəssamı), bəstəkarı Azər Hacıəsgərli, prodüseri Allahverdi Musayev (Qazax Dövlət Dram Teatrının direktoru v.i.e.), butafor-rəssamı Sayad Məmmədovdur (Qazax Dövlət Dram Teatrının baş rəssamı).

Mono-tamaşanı Rüfət Ömər ifa edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir