Bu gün Mingəçevir Dövlət Dram Teatrı “Sadıq Evlənir” tamaşası ilə Qazax Dövlət Dram Teatrının qonağı olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində qazaxlı tamaşaçılar üçün nümayiş etdirilən səhnə əsəri maraqla qarşılanıb.
Tamaşa Sahib İbrahimlinin “Sadığın toyu” pyesi əsasında hazırlanıb.
Quruluşçu rejissoru Əməkdar artist, Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltandır.