“Şəhid atası” Ümumxalq Hüzn Günü münasibətilə nümayiş etdirilib – FOTOLAR

Yanvarın 19-u saat 14:00-da 20 Yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Qazax Rayon Mədəniyyət Mərkəzi, Qazax Dövlət Dram Teatrı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon Komitəsinin əməkdaşları Qazax şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Əbədi məşəl kompleksi və vətən uğrunda canından keçmiş şəhidlərin abidəsi önünə tər qərənfillər düzülüb.

Ziyarətdən sonra saat 15:00-da hər üç qurumun əməkdaşları, Qazax və ətraf rayonlardan olan teatrsevərlər Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında “Şəhid atası” tamaşasını izləyiblər.

Tamaşa yazıçı-dramaturq Əli Əmirlinin “Xeyir xəbər” pyesinin motivləri əsasında hazırlanıb.

Quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 146 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir