
“Bir gecənin nağılı” tamaşası nümayiş etdirilib – FOTO
Mayın 3-ü, saat 19:00-da Qazax Dövlət Dram Teatrında “Bir gecənin nağılı” tamaşası qazaxlı tamaşaçılar üçün nümayiş etdirilib. Tamaşaçılar tərəfindən maraqla qarşılanan və alqış sədaları ilə müşayiət edilən səhnə əsəri iki gəncin gecə saatlarında parkda təsadüfi nağıl kimi qarşılaşması ilə başlayır, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərə, qorxularına toxunur. Komediya janrında hazırlanan və gənclər üçün nəzərdə tutulan…