Dekabrın 29-u saat 12:00-da Qazax Dövlət Dram Teatrı Ağstafa Rayon Mədəniyyət Mərkəzində “Sehirli qış nağılı” adlı yeni nağıl-tamaşası ilə uşaqların bayram sevincinə şərik olub.
Səbuhi Əsədsoyun eyniadlı pyesinin əsasında hazırlanmış tamaşada cadugərin qurduğu tələlərə baxmayaraq Qarqız, Qar adamı, Cırtdan, Qırmızı papaq və Tıq-tıq xanım Şaxta babanı tapmağa və Yeni ili xilas etməyə çalışır.
Balaca dostlarımızı macəra və gülüş dolu bir səyahətə çıxaran bu interaktiv tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mirzə Nicat, quruluşçu rəssamı Aysan Omarova, butafor rəssamı Samir Həsənovdur.
Rolları Sərdar Rüstəm, Məlahət Vəliyeva, Nazilə Məmmədova, Xaqan Qurbanov, Məmməd Hacəliyev, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş ifa edirlər.







